Menu

İran ordusu “Böyük Peyğəmbər-12” adlı hərbi təlimə başlayıb

22.12.2018, 13:23
İran ordusu “Böyük Peyğəmbər-12” adlı hərbi təlimə başlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) hərbi birləşmələri bu gün İranın cənubunda yerləşən Qeşm adasında “Böyük Peyğəmbər-12” adlı hərbi təlimə başlayıblar.

AZƏRTAC kontr-admiral Məhəmməd Pakpura istinadla xəbər verir ki, hərbi təlimlərə Sepahın dəniz və quru qoşun qüvvələri, raket və hava desantı cəlb edilib. Təlimin məqsədi İrana qarşı terrorçuların ehtimal edilən hücumunun qarşısını almaqdan ibarətdir.

Kontr-admiral M.Pakpur diqqətə çatdırıb ki, İranın hərbi təlimi sülh xarakteri daşıyır və müdafiə olunmaq üçündür. Onun sözlərinə görə İran bu günə kimi heç bir dövlətin ərazisinə göz dikməyib və heç kimə hücum etmək fikrində deyil. İran heç bir dövləti təhdid də etməyib. Lakin İrana qarşı təhdid xarakterli bəyanatlar səslənir ki, bunların qarşısını almağa hər az hazırıq

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol