Menu

Bayram günlərində terror hücumları gözlənilir - ABŞ -dan xəbərdarlıq

24.12.2018, 09:47
Bayram günlərində terror hücumları gözlənilir - ABŞ -dan xəbərdarlıq

ABŞ Dövlət Departamenti amerikalıları İspaniyanın Barselona şəhərində, xüsusilə Ramblas bulvarında keçiriləcək Yeni il şənlikləri zamanı terror hücumlarının gözlənildiyi barədə xəbardar edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat idarənin "Twitter" səhifəsində dərc olunub.

"Terrorçular, turizm obyektləri, nəqliyyat mərkəzləri və digər ictimai yerləri hədəfə alaraq, demək olar ki, xəbərdarlıqsız hücum edə bilərlər", — deyə məlumatda qeyd olunub.

Bundan əvvəl Almaniyanın hava limanlarında terror təhlükəsinin olması barədə xəbərdarlıq edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol