Menu

Bakının Xətai rayonunda su kəsiləcək

24.12.2018, 11:25
Bakının Xətai rayonunda su kəsiləcək

Bu gün Bakının Xətai rayonunun bəzi hissələrinə içməli suyun verilməsi dayandırılacaq.

Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.

Məlumatda deyilir ki, rayonun ərazisində yeni çəkilmiş magistral su kəmərindən şəbəkələrə birləşmələrin verilməsi ilə əlaqədar gün ərzində Seyid Əzim Şirvani, Qaçaq Nəbi, Neapol, General Şıxlinski, Sarayevo, Məzahir Rüstəmov, Məhəmməd Hadi, Cavanşir küçələrində su olmayacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol