Menu

“Azərbaycanla görüşdən sonra millimizdən nəsə gözləməyə dəyməzdi”

13.08.2014, 12:47
“Azərbaycanla görüşdən sonra millimizdən nəsə gözləməyə dəyməzdi”

ABŞ millisinin sabiq futbolçusu Landon Donovan milli komandasının 2014-cü il dünya çempionatındakı çıxışından danışıb.

Apasport.az saytının xəbərinə görə, tanınmış futbolçu yerli mətbuata müsahibəsində bildirib ki, yığmasının mundialda uğursuz çıxış edəcəyini gözləyirmiş.

Onun fikrincə, ABŞ millisi hələ Azərbaycanla mayın 28-də baş tutan yoxlama görüşündə bərbad oynamışdı: “Dünya çempionatından əvvəl millimizin Azərbaycana qarşı oyununu izlədim. Həmin matçda komandamız çətinliklə qələbə qazandı. Azərbaycanla görüşdən sonra millimizdən nəsə gözləməyə dəyməzdi. Belə də oldu. Qrupdan çətinliklə çıxdılar. Amma 1/8 final mərhələsində Belçikaya uduzdular”.

Xatırladaq ki, ABŞ millimiz üzərində 2:0 hesablı qələbə qazanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol