Menu

İran Rusiyadan "Su-100" sərnişin təyyarəsi alacaq

24.12.2018, 20:59
İran Rusiyadan "Su-100" sərnişin təyyarəsi alacaq

Rusiya İrana “Su R-100” sərnişin təyyarəsi satmağa hazırlaşır.

“Report” “Farsnews”a istinadla xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Mehdi Sənai bildirib.

Səfirin sözlərinə görə, təyyarələrin ehtiyat hissələrinə olan ehtiyacı azaltmaq üçün hazırda Rusiya şirkətləri ilə danışıqlar aparılır.

Qeyd edək ki, 2016-c ildə Tehranın atom-nüvə proqramı üzrə Əhatəli Razılaşma sənədi imzalandıqdan sonra İran ABŞ-dan “Boing” təyyarəsi almağı planlaşdırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol