Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin "Gəj zavodu" adlanan ərazisinin yaxınlığında baş verib.
Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu hələ ki, bilinməyən səbəbdən bıçaqlanıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Cərrahiyə əməliyyatı olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər