Menu

«Rusiyada «yeni insan»lar Belarusu qardaş ölkə kimi qəbul etmirlər» - Lukaşenko

25.12.2018, 00:05
«Rusiyada «yeni insan»lar Belarusu qardaş ölkə kimi qəbul etmirlər»  - Lukaşenko

«AzPolitika.info» Rusiya KİV-nə istinadla xəbər verir ki, bu ölkənin hökuməti təbii qazın qiyməti barədə Belarusun bütün təkliflərini rədd edib.

Bu barədə «Rusiya ilə əməkdaşlığın aktual məsələləri»nə həsr olunmuş iclasda Belarusun Prezidenti Aleksandr Lukaşenko bildirib. O, xatırladıb ki, bu il tərəflər qazın qiyməti və onun Belarusa kompensasiya ilə satılması barədə problemin həllini planlaşdırıblar.

«Ancaq Rusiya bizim bütün təkliflərimizə razı olmayıb və bu məsələnin həlli faktiki olaraq, pozulub. İndi bizim nümayəndələr və rusiyalılar bu suala cavab verməlidirlər: nə üçün iki prezident tərəfindən qəbul olunmuş qərar bu il icra olunmayıb?» - deyə, Lukaşenko bildirib.

Onun fikrincə, Rusiya və Belarus arasında gözlənilən Moskva danışıqları heç də asan olmayacaq. Bununla yanaşı, Belarus lideri qeyd edib ki, Rusiya Belarus üçün «açar həmkar» olaraq qalır.

«Mən, artıq «qardaş dövlət» ifadəsini işlətmirəm. Mənə çatan informasiyalara görə, Rusiyada bu ifadə qəbul olunmur. Guya ki, Rusiyada «yeni insan»lar meydana çıxıblar və onlar üçün «qardaş ölkə» ifadəsi qəbuledilməzdir. Neynək, həmkar olarıq...» - Lukaşenko əlavə edib.

Bundan əvvəl, Belarus bəyan edib ki, 2019-cu ildə Rusiyanın neft-qaz sektorunda nəzərdə tutulmuş «vergi manevrləri» nəticəsində bu «həmkar ölkə» 383 milyon dollar həcmində itkiyə məruz qalacaq.

Şərhlər

EJDER 2018-12-25 00:05:01

AXA,LUKAWENKO ,BRATMIZ,TAPILIB...KAK DELA BATYA.INKIWAFMIZI BIR TEREFLE,...AL

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol