Menu

“İçərişəhər” Muzey Mərkəzi yaradılıb

25.12.2018, 08:14
“İçərişəhər” Muzey Mərkəzi yaradılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “İçərişəhər” Muzey Mərkəzi yaradılıb.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin, “İçərişəhər” tarix muzeyinin və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında “İçərişəhər” Muzey Mərkəzi yaradılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə “İçərişəhər” Muzey Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etmək tapşırılıb.

Qeyd edək ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi də artırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol