Menu

Nazirliyə yeni aparat rəhbəri təyin olundu

25.12.2018, 10:53
Nazirliyə yeni aparat rəhbəri təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatına yeni rəhbər təyin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Hidayət Abdullayev nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, H.Abdullayev 1979-cu ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magist dərəcəsini alıb.

1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə, 2007-ci ildən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru, 2008-ci ildən sığorta və bank sistemində, eləcə də bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarəolunması sahələrində çalışıb.

2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.

2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri olub.

Şərhlər

Hörmətli Hidayət Abdullayev cənablarına! 2018-12-25 10:53:30

Bismillahir-Rəhmanir-Rəhim.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatına yeni rəhbəri Hidayət Abdullayevi təbrik edirəm.Ondan xahiş edirəm 24.12.2018-ci ildə E-poçtla Hörmətli nazirə göndərdiyim məktubu ona çatdırsın. Məktubun sürətı.
Hörmətli Nazir S. Babayev!
Salam!Sabahınız xeyli və uğurlu olsun.
Mənə elə gəlir ki, Siz bir nazir,hüquq fəlsıfə doktoru kimi Azərbaycan konstitusiyanın 57- ci maddəsini kobud şəkildə pozduğunuzu sözsüz bilirsiniz! Hərçənd ki, 240 dündə yazdığım sikayətnamələrimə cavab almamışam. Əminəm ki,vallah-billah məndən üzür istəməyə və sikayətnamələrimə hökmən,mütləq cavab verməyə məhkumsunuz, məcbursunuz və borclusunuz! Bunun başqa yolu yoxdur.
Hörmətlə Təqaütçi ,Qarabağ müharibəsinin Veteranı
N.Əhmədov. 24.12.2018.

t.ədalət 2018-12-25 10:53:30

Nəhayət,Sahil müəllim nazirliyə işi yönəltmək üçün ixtisasca münasib adamı gətirdi.Əslində,nazirin vəzifəyə yeni təyin etdiyi adam müəyyən təcrübəyə malikdir və nazir olmağa da haqqı çatır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol