"Gürcüstanda icbari tibbi sığorta tədbiq olunur. Cərrahi əməliyyatların 10 faizini vətəndaşlar ödəməklə 90 faizini dövlət qarşılayır...”
Dekabrın 20-də prezident İlham Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Fərmanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra – TƏBİB) yaratmaq tapşırılır.
Fərmanın ikinci bəndinə əsasən isə Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilir. Amma bəzi müəssisələr istisna təşkil edir.
Sənədə görə, TƏBİB-in saxlanması, fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və onun nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilməlidir.
Bütün bunlar ictimaiyyətdə birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Vətəndaşa bir sıra müayinə və müalicə güzəştlərindən bəhs edən Nazim Bəydəmirli vurğulayıb ki, Gürcüstanda 2019-cu ilin büdcəsində səhiyyə xərcləri ümumi budcə xərclərində Azərbaycanın eyni göstəricisi ilə müqayisədə daha çox pay tutur.
“ Səhiyyədə sovet idarəçiliyi...”
İqtisadçı-alim iddia edir ki, Azərbaycandakı səhiyyə sisteminə daxil olan bir çox dövlət müəssisələri adlarını dəyişsələr də, sovet idarəçiliyini saxlayırlar: “ Belə çıxır ki, dövlət vəsaiti hesabına müasir diaqnostika mərkəzləri, xəstəxanaları inşa edilir, avadanlıqlarla təmin olunduqdan sonra pullu xidmət göstərirlər. Ödənişli xidmətdən toplanan vəsaitlər idarəedənlərin şəxsi mənafeyinə xidmət edir. Ancaq illər boyu səhiyyənin pulsuz olduğu elan olunsa da, əhalinin 95 faizindən çoxu heç bir dövlət xəstəxanasında pulsuz xidmət almayıb. Bundan əlavə dövlət xəstəxanaları vergidən yayınır, üstəlik özəl klinikalara qarşı “qara piar” aparırlar. Deməli, dövlətin səhiyyə siyasəti hədəflərinə çatmayıb. Adi bir misal. Vaxtilə hər hansı kənddəki tibb məntəqəsi çarpayı hesabı ilə maliyyələşirdi. Halbuki, xəstələr olmurdu, nəticədə baş həkimlər ayrılan vəsaiti mınimsəyirdi. Bu mənada bir neçə il əvvəl səhiyyədə islahatların aparılmasına təşəbbüs göstərilsə də, davamı gəlmədi, yerində qaldı. Azərbaycanda islahatlardan söhbət düşəndə, paralel strukturların yaradılması ağıla gəlir. Sonuncu fərmanda da bu məqam görünür”
“Yarımçıq islahat olmur”
Nazim Bəydəmirli hesab edir ki, dövlət işsizləri, 65 yaşdan yuxarı və 18 yaşa qədər olanları necə icbari sığortaya cəlb ediləcəyinin detallarını açıqlamalıdır: “Ona görə Gürcüstan misalını göstərdim”.
Keçmiş deputat Milli Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi və da bir neçə müəssisənin TƏBİB-ə verilməməsinə isə belə yanaşma sərgiləyir: “İslahat tam olmalıdır, yarımçıq islahat olmur. Bu mənada ayrı-ayrı mərkəzlərin istisna hal kimi təşkil edilməsinin tərəfdarı deyiləm. Özəl sektorla dövlət sektoru arasında olan ayrıseçkiliyi aradan qaldırmaq lazımdır. Səhiyyə siyasətində ayrımçılıq olmamalıdır. Bəli, nadir xəstəliklər ola bilər ki, dövlətin onlarla bağlı proqramları gerçəkləşdirir. Dövlət büdcəsindən illər boyu xəstələrin sayına görə müalicə və dərmanlara vəsait ayrılır, amma vəziyyət bərbaddır. Artıq onlar da kommersiya qurumlarına çevriliblər. Əslində, dövlət mərkəzlərinin kommersiya istiqamətində idarə edilməsindən qurtulmaq lazımdır. Belə deyək, 100 nəfərdən 10 nəfəri ildə bir dəfə xəstələnir, əgər 100 adam sığorta ödəsə, qalan 10 nəfərin sağlamlığını təmin etmək daha rahat olur. Bu, şəffaf, ayrıseçkilik olmayan sistemlərdə mümkündür. Əgər bu məsələlərdə hədəfə çatılmayıbsa, səhiyyə sistemində tam islahat aparılmalıdır. Kompleks islahatlar aparılmalıdır, “yol xəritələri” kimi yox. Əgər Azərbaycan 15-20 ildir tibbi icbari sığortaya keçə bilmirsə, deməli, səhiyyənin idarəetməsində problemlər var”.
Xatırlatma
Azərbaycanda «İcbari tibbi sığorta haqqında» Qanun 19 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib. Qanun yalnız 3 rayonda pilot layihə kimi tədbiq edilir. 2017-ci ildə 2018-ci ilin büdcəsi müzakirə edilərkən onun bütün ölkədə tədbiqinin 2019-cu ildə gözləndiyi deyilmişdi. Ancaq bu yaxınlarda parlamentdə 2019-cu ilin büdcəsi müzakirə edildikdə bunun, hələlik, mümkün sayılmadığı bəlli oldu.
Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. Dövlət başçısı bir də bundan 9 il sonra, fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.
Publik hüquqi şəxs – dövlət, bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılır. Ümumdövlət, ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır(Azadlıq Radiosu).

Şərhlər
ARDI.Burada 85-AZE olan dərman İRANDA 2 aze 50 qəpikdir. Burada 147-aze olan dərman ORADA 60-AZE-dir.BAXIN FƏRQƏ.KİMDİR MÜQƏSSİR.Ürəg anjorunu və stent ücün TİB Unverisitetnndə 12-min AZE istədilər amma irandə bu işə ğörə yol-və diğər xərclərlə birlikdə 4-min AZE xərcim cıxdı.ALTI ildir bir qıram aqrı yoxdur.BUDA bizim TİB-Müəssələri.
Özəl tibbi müəssə dövlət tibb müəssələrindən həm qiymətcə ucuz xidmətcə yaxşıdır.Dövlət tib ocaqında bezpideldir yəni istədiyi məbləqi verməsən nə baxırlar nə də müainə edirlər.QİYMƏTLƏR DƏ özəldən baha qəbiz də verilmir.Bəyəm bunu hüquq mühafizə orqanları və verği görmür.DAŞ karxanasın kosmosdan izləyə bilir həkimlərin aldıqları qanunsuz pullar ğörmürlər.Yəqın baxar kordurlar.Aptekdə qiymətlər cıxıb ceyranın belinə.Qonşu ölkədən BAKİDA aldıqım dərmanları burdakı qiymətin on faizinə alıram. Ardı var.
HESAB EDIREM KI,.. IWIQ ICLASINDAN SONRA ISTEFA VERERDI.ESL WEREF ORDENINE LAYIQDIR,LUKAWENKO CANI
Ali insanovun ve oqtay shireliyev baxin muqaise edin hecne deyishmeyib .... yeni piramida sehiyyeni inkshafini qoymur milliardlarla ayrilan pularin aqibetini yoxlamalidir devlet huquqi qiymet vermelidi
Azərbaycan səhiyyəsinin başına təzə papaq lazımdır.Nə qədər ki papaq təzələnməyib heç nə dəyişməyəcək.
Səhiyyənin beli O.Şərəliyevi nazir təyin edən gündən qırıldı və düzəlməsi Şirəliyevin orada olduğu müddətdə mümkün deyil.Şirəliyev Diaqnostika Mərkəzində necə idisə,səhiyyə naziri kimi də eynidir.Ondan normal iş,inkişaf,səhiyyədə dirçəliş ,əhaliyə normal tibbi xidmə göstərilməsini gözləmək boş xülyadır.Təsadüfən,kiminsə arxa durması ilə olan təyinatlar hamısı fiaskoya uğradığı kimi səhiyyə də yoz halındadır.Ölkədə səhiyyədən razı insan tapmaq mümkün deyil!