Dünyanın bir çox ölkəsində vəzifəli şəxslərin gəlir deklorasiyası haqqında qanun qəbul edilib. Azərbaycanda isə belə bir qanun layihəsi hələ 2005-ci ildə qəbul olunub. Təəsüf ki, bu qanun işlək vəziyyətdə deyil.
Söhbət 2005-ci ilin avqust ayında qəbul edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” qanundan gedir. Qanun 2005-ci il iyunun 24-də ölkə başçısı tərəfindən təsdiq edilib və həmin il avqustun 14-də qüvvəyə minib.
Bəs qısaca olaraq, “Vəzifəli şəxslərin gəlir deklorasiyası haqqında qanun” adlandırdığımız sənədin tətbiqi niyə gecikir?

“Qanun icra olunmalıdır. Artıq bu qanunun icrası MDB məkanında olan bir sıra dövlətlərdə həyata keçirilir. Hesab edirəm ki, vəzifəli şəxslərin gəlir deklorasiyası haqqında qanunun icra edilməsi şəffaflığı təmin edəcək. Həm də insanlar bu məsələ ilə bağlı müəyyən məsuliyyət hiss edəcəklər. Artıq gəlir deklorasiyasının tətbiq olunması vacibdir”.
Deputat bildirib ki, qanun layihəsi təsdiq edildikdən sonra vəzifəli şəxslərin gəlir deklorasiyasının tətbiq olunması ilə bağlı müddəaları hazırlamaq Nazirlər Kabinetinə tapşırılıb.
“Azərbaycan hökumətindən soruşmaq lazımdır ki, vəzifəli şəxslərin gəlir deklorasiyası haqqında qanun niyə icra olunmur? Bu qanunun icrasına ehtiyac var. Nazirlər Kabineti müəyyən normalar tətbiq etməli və qərar verməlidir. Qərara uyğun olaraq da deklorasiyalar tərtib edilməlidir. Vəzifəli şəxslərin gəlir deklorasiyasının verilməsi çox müsbət addımdır”.


Şərhlər
Vahid müəllim, hökumətdəki, daha doğrusu hakimiyyətdəki oğrular hələ doymayıb, bəyannamə nədir? Həmin bəyannamə tətbiq olmadan aparılan bütün islahatlar " risovkalıqdan" başqa bir şey deyil.
BELƏ ÇIXIR Kİ NAZİRLƏR KABİNETİ HEÇ KİMİ SAYMIR?
Ay Vahid müəllim,qanun qəbulundan 14 il keçir.Yəqin Möhtərəm Prezidentə belə qanun barədə xəbər verilməyib.Yoxsa Nazirlər Kabinetindən icrasını soruşardı.Yəqin kimlərəsə sərf etmir ki,14 ildi yaddan çıxarılır.Bu villaların,obyektlərin,var dpvlətin gizlədilməsi məqsədi daşıdığıhamıya məlumdur.Ona görə işləmir.Guya bunu bilməyən var?
Bunu soran deputatın ağlına şübhə yaranır.Adə, bilmirsən ki,sənin yanındakıların hamısı monopolit,bznesmendir? Blmirsən ki, nazirlər, müavinləri, məhkəmə. prokurorların nə qədər rüşvəti,oğurluğu var? Onlar necə deklerasiya versin?Ona görə də bu qanunun üstünə daş qoymusunuz da! 2005-ci ildən 13 il keçib,iki dəfə deputat yazılmısınız.İndiyə qədər hansı məkanda yuxulamısan? İndi ayılmısan? Ayıb!