Prezident İlham Əliyev energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncam energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədi daşıyır.
Sərəncamla energetika sisteminin təkmilləşdirilməsi, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən birgə tərtib edilmiş Reabilitasiya Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün 40 milyon manat ayrılıb.


Şərhlər
Hörmətli admin Azpolitika,dünən yazılan şərh bü gün,elə indi saat 11-ə kimi dərc olunmursa,günortadan sonra həmin şərh ilk səhifədə görünmədiyindən gedir arxivə. Və heç kim də oxumur. Çünki ötən gün 18-00 da verilən başlıq bu gün 11-00-da gedir aşağı,ondan sonra da bu mövzu qalır arxivdə.ona görə Aktual yazılara fikir verib,təkrar verilməsini tövsiyə edirəm.