Menu

KTMT-nin baş katibi məsələsinə Putin-Paşinyan görüşündə nöqtə qoyulacaq

26.12.2018, 00:20
KTMT-nin baş katibi məsələsinə Putin-Paşinyan görüşündə nöqtə qoyulacaq

Moskvada hesab edirlər ki, KTMT-nin baş katibinin təyinatı məsələsi ilin sonunadək həllini tapacaq. Bununla bağlı Musavat.com erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Rusiya mətbuatı XİN-dəki mənbənin dediklərinə əsaslanaraq belə bir qənaətə gəlib.

“Fikrimcə, 27 dekabrda, Putin-Paşinyan görüşündən sonra bu məsələyə aydınlıq gələcək. Arzuolunandır ki, yeni il pozitivlərlə başlasın. Güman edirik və inanırıq ki, 27 dekabrda hər şey həll olunacaq. Kompromis lazımdır”-Rusiya XİN-dəki mənbə əlavə edib. Həmçinin erməni tərəfinin müdriklik göstərəcəyinə, KTMT üzvü olan digər beş ölkənin liderlərinin mövqeyinin nəzərə alınacağına ümid etdiyini də vurğulayıb.

Məlum olduğu kimi, KTMT-nin beş üzv ölkəsi Belorus təmsilçisi Stanislav Zasın baş katib olmasına razılıq verib. Zas 12 – 20 dekabr tarixlərində KTMT üzvü olan Qırğızıstan, Qazaxıstan, Tacikistan, Belorus və Rusiya rəhbərliyi ilə görüşüb onların dəstəyini alıb. Maraqlıdır ki, Ermənistan rəhbərliyi hələ də KTMT-nin baş katibi postuna yeganə namizədlə bir araya gəlməkdən yayınır. Amma Putinlə görüşdən sonra bu məsələyə nöqtə qoyulacağı şübhə doğurmur. Paşinyan “ya Zas, ya qaz” seçimi qarşısında qala bilər. Məsələ bundadır ki, Rusiya Ermənistana satdığı qazın qiymətini 150 dollardan 215 dollara qaldıracağı haqda xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol