Menu

Latviya sərhədində Rusiyanın kəşfiyyat təyyarəsi qeydə alınıb

26.12.2018, 09:42
Latviya sərhədində Rusiyanın kəşfiyyat təyyarəsi qeydə alınıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun patrul təyyarələri Latviya sərhədi yaxınlığında Rusiyanın kəşfiyyat təyyarəsini qeydə alıblar. Bu barədə Latviya Milli silahlı qüvvələri (MSQ) bəyan edib.

«Dekabrın 25-də patrul təyyarələri Baltik dənizi üzərində, Latviya sərhədi yaxınlığında Rusiya hərbi-hava qüvvələrinin (HHQ) İl-20 təyyarəsini aşkarlayıblar» - deyə, MSQ-ın «Tvitter» xəbərində bildirilir.

Qeyd edək ki, Latviya müntəzəm olaraq, Rusiya təyyarələrinin, gəmilərinin və sualtı qayıqlarının respublika sərhədlərinə yaxınlaşdığını bəyan edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol