Kənd Təsərrüfatı Nazirliyi tərəfindən elan edilən 4 sorğunun qalibləri elan olunub.
Nazirlik tərəfindən İKT avadanlıqlarının satın alınmasına dair keçirilmiş təkliflər sorğusunun qalibi Tender komissiyasının 19 dekabr 2018-ci il tarixli yekun protokoluna əsasən "Caspel" MMC olub və həmin təşkilatla 25 dekabr 2018-ci il tarixli, 08/05 nömrəli satınalma müqaviləsi bağlanıb. A4 blank və qovluqların satın alınmasına dair keçirilmiş kotirovka sorğusunda isə Tender komissiyasının 17 dekabr 2018-ci il tarixli yekun protokoluna əsasən "Zərdabi Nəşr" MMC qalib elan edilib və təşkilatla 25 dekbar 2018-ci il tarixli, 08/04 nömrəli satınalma müqaviləsi bağlanıb.
Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin yerləşdiyi Hökumət Evində mərtəbələrin giriş qapılarında elektron qıfılların, elektron qeydiyyat sisteminin quraşdırılması və proqram təminatının satın alınmasına dair keçirilmiş kotirovka sorğusunun qalibi "Bakinity Distribution" MMC olub və onunla 25 dekabr 2018-ci il, 08/06 nömrəli satınalma müqaviləsi bağlanıb. Nazirlik tərəfindən xidməti minik avtomobillərinə 2018-ci il üçün nəzərdə tutulan texniki xidmətinin göstərilməsi və BMW-3201 markalı minik avtomobilləri üçün təkərlərin satın alınmasına dair elan keçirilmiş kotirovka sorğusunun qalibi "Zərdabi-Nəşr" MMC olub və təşkilatla 25 dekbar 2018-ci il tarixli, 08/07 nömrəli satınalma müqaviləsi bağlanıb. /Finans.az


Şərhlər