Menu

“Red Bull” “Formula 1”i tərk edə bilər

26.12.2018, 14:30
“Red Bull” “Formula 1”i tərk edə bilər

Avstriyanın “Red Bull” komandası “Formula 1”i tərk edə bilər.

“Report” xəbər verir ki, bu barədə komandanın məsləhətçisi Helmut Marko “Motorsport-Total”a bildirib. Onun sözlərinə görə, buna səbəb “Formula 1”in gələcəyinin qeyri-müəyyən olmasıdır.

H.Marko mühərriklərə reklament tətbiq olunmayana qədər “Red Bull” və “Honda”nın 2020-ci ilə qədər nəzərdə tutulan mövcud müqaviləni yenilməyəcəklərini deyib. O, komandanın çıxışını WEC-də (Dünya Dözümlülük Çempionatı) davam etdirməsinin mümkünlüyünü vurğulayıb.

Qeyd edək ki, “Red Bull” 2005-ci ildən “Formula 1”də çıxış edir. Komanda 2010-2013-cü illərdə ardıcıl 4 dəfə dünya çempionu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol