Menu

DAHA BİR MTN GENERALI HƏBS OLUNUB! - Külli miqdarda rüşvət almaqda ittiham olunur...

26.12.2018, 18:15
DAHA BİR MTN GENERALI HƏBS OLUNUB!  - Külli miqdarda rüşvət almaqda ittiham olunur...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Hüseyn oğlu Əsədullayev həbs edilib.

Teleqraf.com-un xəbərinə görə, Ədalət Əsədullayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan qapalı prosesdə Ədalət Əsədullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ədalət Əsədullayev Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan sonra sərəncama götürülüb. Bundan əvvəl adı “MTN işi”ndə şahid qismində keçib.

O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işində ifadəsi alınıb.

Generalın həbsinin digər təfərrüatları məlum deyil.

Şərhlər

Arif 2018-12-26 18:15:04

Ölkədə MTN bu günə salınıbsa,digər orqanlardan danışmağa dəyməz!
Allah sonundan saxlası.Azərbaycan milləti soyuldu,kasıblaşdı,ölkədən çıxıb getməyə məcbur edildi.Niyə ? Buna kim cavab verə bilər?

İlqar Rusiyalı 2018-12-26 18:15:04

zabit şərəfindən xəbəri olmayan generalların korrupsiyaya bulaşmaları, oğurluqları, rüşvətxorluqları və dilənçilikləri həmişə kimi davam edir. Bu da zabit adına ləkə gətirən çoxsaylı dilənçi generallardan biri. Hal - hazırda işləyənlərin bəzisi də bunun tayıdır. ...

G M 2018-12-26 18:15:04

Bu idarədə işləyənlərin rüşvət alması,biznes qurması faciədir.Dövlət çevirilişinə cəhddir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol