Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir.
Bu barədə məlumatı “Sputnik Azərbaycan” Ədliyyə Nazirliyinə istinadən yayıb. Nazirlik N.Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Qeyd olunub ki, N.Səlifov ölkə ərazisində hansısa yeni cinayət törətməyib, bu səbəbdən də Azərbaycan onun ekstradisiyasını tələb edə bilməzdi.
Qeyd edək ki, bundan əvvəl bəzi yerli və xarici KİV-lər Qulinin Türkiyədə həbs olunaraq Bakıya gətirildiyi və ev dustağı edildiyi haqda məlumat yayıblar.
Dövlət Miqrasiya Xidmətindən isə bildiriblər ki, N.Səlifov deportasiya olunmayıb. Dövlət strukturunda qeyd ediblər ki, belə informasiyaya malik deyillər.
Ehtimal ki, Nadir Salifov Azərbaycana könüllü qaydada gəlib.

Şərhlər
ay saytlar ay kivler bu qeder laqeyid vicdani itirmek olmaz axi? bu kime lazimdir ki bunun haqqinda xeber verirsiz? isteyir orda ya burda yolsun mene lazim deyil axi ...
Bunu da Deputat seçsınlər..Baş-qulağımız dincəlsin.Gündəmdən düşməyən bayağı məlumatlar adamı tam yorur.Bu adamın Bakıda.,Şəkidə Türkoyədə olmasının kimə nə dəxli var ki.
Bu dovletin maragli xeberleri bunnan ibaretdi. Bashga cunki maragi yoxdu. Kime lazimdi ki hardadi , niye evdedi ve yaxud heyetdedir? Bu ne xeber ? Bir insan ki rahat bu respublikani terk edir ve yaxud gayidir , baxmayarag ki russiyadan gelen shikayetlerin ardi gurtarmir , basha dyshyn bu ne demekdi......