Menu

Məşhur futbolçunun yeni klubu müəyyənləşib

26.12.2018, 20:15
Məşhur futbolçunun yeni klubu müəyyənləşib

İtaliyanın "İnter" klubunun sabiq futbolçusu Maykonun yeni klubu müəyyənləşib.

"Report" xəbər verir ki, 37 yaşlı braziliyalı müdafiəçi karyerasını ölkəsinin "Krisiuma” klubunda davam etdirəcək. Bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb. Onun klubla sözləşməsi 2019-cu ilin dekabrına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Maykon "İnter"in heyətində 4 dəfə İtaliya çempionatının, bir dəfə isə Çempionlar Liqasının qalibi olub. O, son olaraq, 2017-ci ilin dekabrında Braziliyanın "Avai" klubunun heyətində oyuna çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol