Menu

Bakıda maşın qəza törədərək bulvar ərazisinə girdi

27.12.2018, 11:24
Bakıda maşın qəza törədərək bulvar ərazisinə girdi

Ötən gecə Bakıda qəza baş verib.

Trend-in məlumatına görə, hadisə gecə saat 01:30 radələrində Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.

Prospekt ilə hərəkət edən avtomobil idarəetməni itirərək Dənizkənarı Milli Parka girib və ağaca çırpılıb. Avtomobilin sürücüsü təcili yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, 1994-cü il təvəllüdlü Məhəmməd Hüseynova döş qəfəsinin zədələnməsi diaqnozu qoyulub. Hazırda vəziyyəti normal qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol