Menu

"Ayfon"-un son modelləri "indiyski" olacaq

27.12.2018, 16:08
"Ayfon"-un son modelləri "indiyski" olacaq

"Apple" şirkəti "Ayfon"-un yeni və bahalı modellərinin yığılmasını Hindistan ərazisinə köçürmək niyyətindədir.

"AzPolitika" xarici mətbuata istinadla xəbər verir ki, dünyanın mobil telefon bazarında önəmli yerə malik "Ayfon" modellərinin yığılması üzrə ixtisaslaşan Tayvanın "Foxconn" şirkəti öz fəaliyyətinin bir hissəsini Hindistana köçürəcəyini bəyan edib.

"Röyters" Agentliyinin məlumatına görə, "Ayfon"-un X, XS, XS MAX və XR modelləri 2019-cu ildən etibarən Hindistanın Tamiland ştatında yığılmağa başlayacaq. Agentlik məlumat verir ki, bu layihəyə 356 milyon dollar vəsait qoyulacaq və nəticədə 25 minə yaxın yeni iş yeri açılacaq.

İndiyə qədər isə Hindistanda "Ayfon"-un yalnız 6S və SE modelləri yığılırdı və burada istehsal olunan telefonlar yalnız həmin ölkənin tələbatı üçün nəzərdə tutulurdu.

Şərhlər

hop-hopnamə 2018-12-27 16:08:50

Tay denən Zita və Gita gəlir da bə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol