Menu

ABŞ İraqda iki baza tikəcək - Suriya sərhədi yaxınlığında

27.12.2018, 16:15
ABŞ İraqda iki baza tikəcək  - Suriya sərhədi yaxınlığında

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) qoşunlarını Suriyadan çıxartdıqdan sonra, bölgədə vəziyyətə nəzarət etmək məqsədilə qonşu İraqda iki hərbi baza tikməyi planlayır.

«Anadolu» informasiya agentliyinin məlumatına görə, bazalar İraq-Suriya sərhədinin 100 kilometrliyindəki strateji əhəmiyyətli rayonlarda yerləşəcək.

Ənbər əyaləti şurasının nümayəndəsi Fərhan Duleymi bəyan edib ki, ABŞ Kaim və Ru rayonlarının sərhədində təhlükəsizliyi təmin edəcək.

Ötən həftə ABŞ Prezidenti Donald Tramp «İslam dövləti» qruplaşmasının «darmadağın» edilməsindən sonra, ABŞ qoşunlarının Suriyadan çıxarılması elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol