«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Razumkov Mərkəzinin energetika proqramının direktoru Vladimir Omelçenko bildirib ki, Ukrayna Rusiyadan nüvə yanacağı almağı 16 ildən sonra - 2035-ci ldə tam dayandıra bilər.
Onun sözlərinə görə, hazırda Ukraynanın atom stansiyalarında Rusiyada istehsal olunmuş nüvə yanacağının ABŞ-Yaponiya («Westinghouse» şirkəti) nüvə yanacağı ilə əvəzlənməsi prosesi gedir.
Ancaq bu şirkət Ukrayna atom stansiyalarını nüvə yanacağı ilə tam həcmdə təmin edə bilmir - onun bu istiqamətdəki payı təxminən 40,0 faiz təşkil edir.
Məlumat üçün bildirək ki, Ukraynanın atom elektrik stansiyaları ölkənin toplam enerji istehsalının yarısından çoxunu istehsal edir.


Şərhlər