DÖZMƏK ÇƏTİNDİR…

Eldar SABİROĞLU

Açmaq olmur interneti, adam utanır. Biabırçı və tərbiyəsiz şəkillərin, canlı təsvirlərin, pis-pis söyüşlərin sayı-hesabı yoxdur.

Ailədə, ictimai yerlərdə olarkən hər hansı yeni xəbəri, məlumatı öyrənmək üçün sosial şəbəkələrə baxmağa ehtiyat edirsən ki, birdən yanındakı görər və bunu yazanın əvəzinə sən xəcalət çəkərsən. Bir sıra internet saytlarının da bu iyrənc yola qoşulmaları çox təəssüf dogurur. Bəhanələri də budur ki, saytın oxucularının sayı artır. Deməli, belə çıxır ki, millətimizin mentalitet səviyyəsinə bu cür yanaşma ilə qiymət vermək mümkündür?!

Bu tərzdə düşünmək, millətimizin əxlaqi-mənəvi keyfiyyətlərinə ümumiləşmiş formada zərər vuracaq əsassız rəy və fikirlərlə razılaşmaq olmaz. İstər keçmiş tariximizdə, istərsə də çağdaş dövrümüzdə, mənsub olduğumuz xalqın qonşumuzdan fərqli olaraq utancverici bir işi olmayıb. Ancaq di gəl, onların sosial şəbəkələrinə bax. Bizdəki kimi pornoqrafiq təsvirlərin, bədənlərini nümayiş etdirən kişi və qadınların əttökən şəkillərinə çox nadir hallarda rast gələ bilərsən. Baxmayaraq ki, tarixi fahişəlik ənənəsi indinin özündə belə erməni qadını üçün həyati əhəmiyyət daşıyır. Düşmənin rus və erməni dillərində yayılan sosial şəbəkələrini demək olar ki, hər gün izləyir və oxuyuram. Mən orada ana-bacı, arvar-uşaq söyüşlərinə rast gəlmirəm. Gürcüstan seqmentində də həmçinin, biabırçı pornotəbliğata yer verilmir. Ayrıca bir və ya iki-üç səhifənin fəaliyyəti mümkündür. Görünür, Azərbaycan-Rusiya arasındakı strateji dostluq telləri burada da təsirsiz ötüşməyib... Əgər söhbət mövzunun təbliğatındakı kütləvl haldan gedirsə, Gürcüstanda, Ermənistanda bizimlə müqayisədə vəziyyət fərqlidir. Hətta müğənnilərimiz var ki, utanıb-qızarmadan sosial şəbəkələrdə açıq bədənlərini mümayiş etdirməklə reytinq yarışına girirlər. Məgər onların övladı, qohum əqrabası, bacı-qardaşı yoxdur ki, bu cür abırsız və həyasız görüntülərlə özlərini ictimai baxışa təqdim edirlər?!

Hiss olunur ki, millətimizin maariflənməsinə ciddi ehtiyac vardır. Təsəvvür edirsinizmi, 10-12 yaşında məktəbli uşaqların əllərindən mobil telefonlar düşmür. Bu yaşda tərbiyəsiz təsvirlərə, porno şəkillərə baxmaqdan ayrılmayan və sanki dünyanın ləzzətini belə şeylərdən alan gəncliyin sabahından nə gözləmək olar?!

Təkcə sosial şəbəkələri günahlandırmaq doğru olmazdı. Dövlətin nəzarətində olan televiziyaların da, necə deyərlər, "xidmətləri" az nəzərə çarpır. Siyasiləşdirilmiş Mətbuat Surasının dərin narahatlıq doğuran problemdən yan keçməsi, görünür, onun fəaliyyət əsasnaməsi ilə ziddiyyət təşkil etdiyindən müdaxilə etməyi düşünmür...

Bir neçə gün əvvəl yolum düşmüşdü məşhur "Tarqovu"ya. Gecə saat 12 olardı. Getməyimə peşman oldum. Asta addımlarla Nəsimi heykəli tərəfdən küçənin o biri başına doğru gedirdim. Birdən bir qız uşağının qışqırtısını eşitdim. Ərəb gədəsi onu divara sıxıb öpürdü. Orta yaşlı kişi yaxınlaşıb qızı qapqara ərəbin pəncəsindən xilas etmək istəyərkən balaca fahişənin ağır söyüşü ilə qarşılaşdı. Oxuculardan son dərəcə üzr istəyirəm, xüsusi ilə ana və bacılardan, qızın söyüşünü yazıram: "Mən özümü verirəm, sənə …. nədir?"

Təpəmdən tüstü çıxdı. Az sonra daha dəhşətli və qan donduran mənzərənin şahidi oldum. “Leksus” maşınlardan düşən ərəb "qardaşlarımız" barmaqları arasında təsbeh kimi dolları, avronu fırlada-fırlada sütül qızları götürüb aparırdılar oliqarxlarımızın tikdirdikləri dəbdəbəli otellərə.

Dözmək çətin idi. Məcburən 50-lik kaptoprili dilimin altına qoydum. Gördüklərim kino deyildi. Bakımızın həqiqətlərindən biri idi. Özümə söz verdim ki, bir daha "Tarqovu"ya gecə gəzintisinə çıxan deyiləm…

635x100

Şərhlər

vidadi goyce 2018-12-28 10:59:34

vaxtile erebler azerbaycani ishgal etmek ucun shere,edebiyyata ustunluk verirdiler,xelifenin qizinin boyuk sheyx nizami ile yazishmasi/ordubadinin qilinc ve qalxan eseri/ ve s.misallar var. indi ise her sheyin pulla alinib satildigi yerde ne gozleyirsen. ereblerin azerbaycana bu gelishleri xosh meqsedli deyil.

arif 2018-12-28 10:59:34

Teessuf ki, sıxıcı ölkədə insan bezen o cür pronoqrafiq sekillere baxaraq hezz alır. yəni ki həmin saytlara girmek sadece dirnaqarasi lezzet deyil vaxt oldurmek de demek mumkundur. yada men bele dusunurem

t.ədalət 2018-12-28 10:59:34

OQTAYA--Puşkin dünya korifeyi deyil.O,rus işğalının və millətçiliyinin "tərənnümçüsü" idi.Onu bizə zorla "korifey" kimi təqdim ediblər."Qafqaz təslim ol,Yarmalov gəlir!"- misralarını yada salın.Almaniyanı Rusiya yox,ABŞ və Avropa dövlətlərinin ordusu məğlub etdi.İkinci cəbhə açılmasaydı, əsgərlərini belə yedirdə bilkməyən ac Rusiya məğlub olacaqdı.Almaniya qələbə çalsaydı ruslar bizi, nə 20 Yanvarda,nə də Dağlıq Qarabağda qətliamlara məruz qoya bilməyəcəkdi.Rusiyanın qələbəsi,ancaq ermənilərə sərf etdi..

Araz 2018-12-28 10:59:34

Sus müəllim tarıxdən məlumdur ki 1000 ildir ki ərəblərin deyil "fars və rusların dalına düşmüşük".Bəlkə Qarabağı da ərəblər işğal ediblər.Sussan daha yaxşı olardı.

EJDER 2018-12-28 10:59:34

BUNA ANALOQU OLMAYAN INKIWAF DEYILIR.BIZDE IWSIZLIK 5 FAIZDI.MILLET AZERBAYCANDA XOWBEX ,FIRAVAN YAWAYIR...MILET KEY ELEYIR LONDONDA,YENI ILI KECIRIR XARICDE...HA HA HA YAXWI NAQILDI.KIM KIMEDI,LUKAWENKO CANI.BUNDAN SONRA PARAPETA GEDIN.ORADAN INKIWAFIMIZ ELA GORSENIR.ALLAH ELCIBEYE REHMET ELESIN

Ejder emiye 2018-12-28 10:59:34

Ejder Emi,yeni iliniz mubarek!monqollar menim yazdigim werhde iki cumlelik ironiyani derk etmeden mene medeniyyetden,mentalitetden,ideyadan ders kecmek isteyirler,yaziqlar olsun.

Oqtay 2018-12-28 10:59:34

A.S.Puşkin dünya korifeylərindən biridir və onu qəbuledə bilməyən millət özünü mədəni saya bilməz.Rixard Zorqe sizin mentalitetlə pulu yox siz dərk edə bilmədiyiniz ideya uğrunda faşızmə qarşı işləyib o faşizmə ki onu Almaniya da lənətləyir o façizmə ki hansı ki qalib gəlsə idi biz indi olmuyası idik.Sabir müəllim isə mən başa düşdüyümə yel dəyirmanları ilə vuruşur Dünya belədir ya biz barışıb ayaqlaşmalıyıq ya da ki aya,ulduza köçməliyik.İnternetə heç nə edə bilmirik deməli barışmalıyıq ərəblərdə ki ....

Eldar muellime 2018-12-28 10:59:34

Eldar muellim ,(size bey demirem,beyin omru az olur)ereblerin Baki qizlarini mac-mac,quc-quc elemesinin esas ve yegane baiskarlari Puwkin ve Zorgedir,izzah eleyim niye.Bildiyiniz kimi Puwkinin babasi ereb olub on a gorede onun ereblere iwlemesi tebii haldir,Zorge 41-45-de sovetlere(ruslara)iwleyib,onuncun fergi yoxdur Kim cox pul verse onda iwleyecek,indide ereblere iwleyir.Rehmetlik Behmen Vetenoglu yazirdi: Eyw ile iwretdi ay Sabiroglu, Derd ile mohnetdi ay Sabiroglu, Cekmesen lezzetdi ay Sabiroglu, Ceksen ozu boyda derddi by dunya.

Sus 2018-12-28 10:59:34

Min illə yaxındır ki,düşmüşük bu ərəb "məxluqlarının" arxasınca ...İndi də ölkə olub yiyəsiz. Ona görə bu ərəblar at oynadırlar Azərbaycanda.Onlarda (ərəblərdə) günah yoxdur,onları bura gətirənlərdədır günah.Buranı Bombeyə çeviriblər.

t.edolet-e 2018-12-28 10:59:34

,sen Bewirov Qaribin werhini oxudunmu ...,Zorge,Ayna,Puwkin texminen bir esr, esryarim bundan qabaq dunyadan kocmuw insanlardi,el cekde by merhumlardan.....

rzayev ənvər 2018-12-28 10:59:34

bu günümüzə min şükür ALLAH bizi gələcək biabırçılıqlardan qurusun

t.ədalət 2018-12-28 10:59:34

Təəssüf ki zəmanəmizin mənzərəsi belədir.Hər kəs sərgilədiyi əməlləri ilə çıxdığı ailənin əxlaqını göstərir.Bu virtual şəbəkəyə girişə nəzarət qoyulsa,yaxşı olar.Belə şəbəkədə,təəssüflər olsun ki,azərbaycanlılar,xüsusilə fərqlənirlər. Onlar,adətən "vətəndaş nigahından" törəyənlərdir.Burası var ki işsizlik də gəncləri murdar cərgəyə doğru aparır.Əxlaqi marifləndirici nişanların yerini,heyfki hələ də şəhərlərimizi "bəzəyən" R.Zorgelərin,A.Sultanovaların,rus işğalının tərənnümçüsü Puşkinlərin abidələri tutur.

Müəllim... 2018-12-28 10:59:34

Əşşi,qardaş,o dəfə elə biabır oldum ki,şagirdlərimin yanında...onlayn test edərkən ,ekranın aşağı hissəsində sən demə porno reklam roliki,cinsiyyət üzvünün böyüməsini,kiçilməsini göstərən bir zibil reklam gedirmiş... Uşaqlar pıqqıldaşanda ayıldım..,qız uşağı da var idi yanımda... təsəvvür edin hansı vəziyyətdə olduğumu...

Bashirov Qarib 2018-12-28 10:59:34

Bu menzereni gormekden ehalinin kichik bir hissesi narahat olur.Milyonlarin baxdigi biabirchi TV kanallarindan narahatchiliginizi niye bildirmirsiniz? Kirayede qaldiqlari evin sahibi,ataya deyir ki,ushaqlarinin biri yox, ikisinin atasi menem.Ana da etiraz edir ki, yox, biri sendendir, o birisi ise erimdendir.Er de Zaurdan xahish edir ki,arvadimi aparmaga komek et.Zaur da ere deyir ki,arvadin bu kishi ile elaqesini etiraf edir. Qebul edirsenmi? Kishi de qebul ederem- deyir.Buna dozmek olurmu,cenab 91-ler?

Son yazılar