Menu

Münbicə nəzarət Əsəd ordusana keçdi - PKK və YPK geri çəkildi

28.12.2018, 14:19
Münbicə nəzarət Əsəd ordusana keçdi - PKK və YPK geri çəkildi

Terror təşkilatı YPG/PKK Münbicdən çəkiləcəyini açıqlayıb və Əsəd ordusunu bölgəyə dəvət edib

"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə ordusunun Münbic əməliyyatı terror təşkilatı YPG/PKK-nın geri addım atmasına səbəb olub. Belə ki, terror təşkilatları bölgədən çıxacaqlarını elan edərək, əraziyə nəzarət etmək üçün Əsəd ordusunu dəvət ediblər.

Dəvətin ardından Suriya ordusu açıqlama yayıb: "Ordumuz Münbicə girdi və Suriya bayrağını dalğalandırdı".

Kremlin də məsələyə şərh verərək, Münbicə nəzarətin Əsəd ordusuna keçməsini sevinclə qarşıladıqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol