Menu

İran hərbi müşavirlərini İraqdan çıxarıb

28.12.2018, 18:10
İran hərbi müşavirlərini İraqdan çıxarıb

İran terrorçu İŞİD qruplaşması məğlub edildiyindən İraqdan bütün hərbi müşavirlərini çıxarıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu İranın Bağdaddakı səfiri İrec Mescidi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İraqda terror təhlükəsi aradan qalxdığı və İŞİD-ə qarşı mübarizədə qələbə elan edildikdən sonra İran bütün hərbi müşavirlərini bu ölkədən çıxarıb: “Terrora qarşı mübarizəyə dəstək vermək üçün İraqdakı iranlı hərbi müşavirlərin hamısı vətənə qayıdıb”.

Səfir ABŞ-ı bölgədə hərbçilərini saxladığı üçün tənqid edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol