“Əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur. Bu gün bütün diqqət bu problemlərin həllinə səfərbər olmalıdır”.
“Report” xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında deyib.
Nazir bildirib ki, ana və uşaqların sağlamlığının qorunması məqsədilə qəbul edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.
O.Şirəliyev əlavə edib ki, hazırkı rəqəmlər, statistik göstərişlər səhiyyə sahəsinin istənilən bölməsində xeyli irəliləyişlərin əldə olunduğunu sübut edir: “Uşaqların sağlamlığı ilə əlaqədar çox mühüm işlər görülür. Bunlardan biri uşaqların icbari dispanzerizasıyasıdır. Bu tədbir sayəsində azyaşlıların ölüm göstəriciləri dəfələrlə aşağı düşüb. Dispanzerizasiya imkan verir ki, gələcək üçün yeni sağlam nəsil yetişsin”.


Şərhlər
Səhiyyə sahəsində korrupsiyanın mövcud olmasının səbəblərindən biri,kadrın düzgün olmayan təyinatından baş verir? Məsələn, Şəki Mərkəzi Rayon Xəstəxanasının sabiq korrupsioner Baş həkimi Məcid Əliyevi Şəkidən azad edərək, Zakatala MRX-na Baş həkim təyin etdiniz? Məcid Əliyev Şəki MRX-nı bərbad hala sadığı kimi, Zakatala MRX-nı da bərbad vəziyyətə gətirib ?Onun mənimsədiyi milyonlar, hələki özündə qalıb? Bu səbəbli pasentlər İrana,Türkiyəyə və s dövlətlərə üz tuturlar...
Səhiyyə müəssisələrində rüşvətxorluq baş alıb gedir.İrad bildirəndə isə cavab belə olur.Get kimə istəyirsən de.
bu pensioner 70 yashinda nazir ele fikirleshir ki bunun sehiyye naqilarina inanacaqlar sehiyyenin dushmencesine daqidan cokduren oqtay shireliyev ve onun kadrlari qanun qarshisinda cavab vermelidirler ...
Sehiyyenin bir problemi var. O da Oktay Şireliyevdi.