Menu

Vladimir Putin Sevastopolda 

13.08.2014, 18:47

PRESIDENT PUTIN WATCHES EXERCISES IN THE ARCTIC SEARusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə birlikdə Sevastopola səfər edib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, V. Putin səfər çərçivəsində Qara dəniz donanmasının qərargahında operativ müşavirə keçirəcək.

Bu, Krımın 2014-cü ili martında Rusiyaya birləşdirilməsindən sonra, Putinin yarımadaya ikinci səfəridir.

Qeyd olunur ki, avqustun 14-də Putin Yaltaya da səfər edəcək, orada “Mriya” kurort kompleksin tikintisi ilə tanış olacaq.

Rusiya prezidentinin Çexovun Ev Muzeyinə baş çəkəcəyi də gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol