Menu

Bakıda məktəbə gedən 14 yaşlı qız itkin düşdü

29.12.2018, 09:44
Bakıda məktəbə gedən 14 yaşlı qız itkin düşdü

Bakıda azyaşlı qız itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 22 j ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Camallı Xədicə Ramiz qızı dekabrın 27-də səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumata görə, X.Camallı səhər saat 08 radələrində məktəbə getmək adı ilə evdən çıxıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol