Menu

67 yaşlı kişi özünü asıb

29.12.2018, 09:47
67 yaşlı kişi özünü asıb

Göygöl rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl rayonu, Balçılı kənd sakini, 1951-ci il təvəllüdlü Kamal İsmayılov gecə saatlarında yaşadığı evin damında özünü asaraq intihar edib. İlkin ehtimala görə, intihara səbəb mərhumun həyat yoldaşı ilə aralarında olan münaqişə olub.

Məlumata görə, bir neçə gün öncə mərhumun həyat yoldaşı evi tərk edib və o, bundan depressiyaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol