Ukrayna Milli Qvardiyasının hərbi bölmələri Luqansk vilayətinin Qorskoe şəhərini separatçılardan təmizləyiblər. Şəhərin separatçılardan təmizlənməsi əməliyyatı aparılır.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Ukrayna bayraqları şəhərin mədəniyyət evi və şəhər administrasiyasının binasından asılıb. Hazırda Milli Qvardiya qüvvələri şəhər ətrafında blok-postlar qurublar”, - deyə məlumatda bildirilib.


Şərhlər