2018-ci il dekabrın 1-dək Azərbaycanda rəsmi olaraq 30,4 min işsiz qeydə alınıb ki, bu da bir il ərzində 17,8 faiz azalma deməkdir.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.
İşsizlərdən 38,1 faizi qadındır.
2018-ci il dekabrın 1-ə işsizlərin və işsizlik müavini alanların şəhər və rayonlar üzrə bölgüsü (nəfər):

Hesabata əsasən, bu il dekabrın əvvəlinə Azərbaycanın iqtisadi fəal əhalisinin sayı 5 137,6 milyon nəfərə yaxın olub.
Qeyd edək ki, 2018-ci il noyabrın 1-ə olan vəziyyətə əsasən, muzdla işləyən şəxslərin sayı 1 552,8 milyon nəfərə bərabər olub. Onlardan 884,7 min nəfəri dövlət sektorunda, 668,1 min nəfəri özəl sektorda işləyir.
Neft sektorunda işləyənlərin sayı 33,9 min nəfər, qeyri-neft sektorunda işləyənlərin sayı 1,5 milyon nəfərdən çox olub.


Şərhlər
Bunlar issizlerle isleyenlerin yerini sehv saliblar, naxcivan Ali savadli insanlari turkiyede hambal isleyir bunlar utanib qizarmaq evezine hele bir yalanda danisirlar
Vaxtınız olanda bu şerhleri oxuyun,Naxçıvanda ümumiyyetle işsiz yoxdur
Bu boyda yalan olar.Atalar yaxşı deyiblər "Utanmasan oynamağa nə var ki".Bizim Statistika Komitəsidə utanmadan yalan danışır.Allaha and olsun ki,bu yalana heç Statistika Komitəsinin işçiləri özləri inanmır,o ki,qaldı ölkə əhalisi.Dünyanı bizə güldürmıyin.Ayıbdır.
bəh-bəh, malades,afərin,miquyənd,bravo,onda bəş 5 milyon kefindən qaçıb ölkədən?
MOLODES STATISTIKAMIZA......BIZDE EMEK HAQQI,PENSIYADA COOOOXX AZDU,LUKAWENKO CANI.
Bu statistikaya yalnız hökumət inana bilər.Bu başdan sona qədər yanlışdır.Naxçıvandan başqa.Çünki Naxçıvanda iş qabiliyyəti olanlar Bakıya yığışıblar.Hər il universitetləri 35-40 min gənc bitirir və onlara işə təyinat verilmir.Bəs bu ali təhsillilər harada işlə təmin olunur?Elə təkcə buradan görünür ki,statistika yanlışdır.Əli Əhmədov bu siyahiyə baxır.Həqiqəti vəziyyət onu maraqlandırmır.Çünki yalan danışmaq üçün bu rəqəmlər sərf edir.
Belke menim fikrimi Sizler duzgun ifade edesiz: ----- Naxcivanda Adam olmadiqina gore Is yoxdur, ------Ya da ki, Naxcivanda Is olmadiqina gore Adam da yoxdur !!!!! CAVAB : -------- Her Iki Variant Duzdur!
Yalan deyənən lap.......
Sizin yalanlarınız özünüz kimi üfunət verir.
Bashga olkelere acindan olmemek ucun gedib,bir garin corek ucun tezig ve tehgirlere meruz galan vetendashlar gayitsa bu yalan informasiya hansi deyishikliklere meruz galacag?Bu vetendashlarin sayi 3,5 milyonu kecib.Niye ve kimi aldadirlar?Kimdir gunahkar,aldadan,yoxsa aldanan..?
Is olmadigina gore issiz de yoxdu
Mehman kimi balalari curumeye mehkum eđirler axi heqiqet acidi
Yalanın böyüklüyünə bax ey! Əhalinin 90%-i işsizdir, işləyənlərin də aldığı maaş heç 19 günə çatmır.
iki mərfumla spekuliyasiya olunur.Var işsizlik və işsizlərin qeydə alinmasi.Azərbaycanda işsizlərin sayi həddindən artiq coxdur.Problem ondan ibarətdir ki aid orqanlar işsizləri rəsmi qeydiyyata götürmürlər.Nəticədə isə bütün əhaliyə yalan məlumat verilir.
Yazırsız ki “İndi zavodlar və üzüm bağları məhv edildiyindən və yeni iş yerləri açılmadığından o insanların çoxu, o cümlədən hərbi xidməti başa vuran gənclər iş tapmaq üçün İstanbula, Bakıya, Rusiyaya köçmüş və bu köç davam etməkdədir. Kənddə qalan ağsaqqallar isə oturmağa yer tapmadığından yayda kəndin mərkəzindən keçən soyuq qaz kəmərinin üstündə oturub, qışda isə ayaq üstündə dayanıb bir-biri ilə hal-əhval tutmaq zorunda qalmışlar. Oxşar vəziyyət yaşayış məntəqələrinin mütləq əksəriyyəti üçün səciyyəvidir. Hazırda İstanbulda, Bakıda naxçıvanlıların ayrıca qəbristanlıqları yaranmışdır. Naxçıvan qadınları İstanbulda yerli sakinlərin işləmədiyi kimyəsal fabriklərdə çalışmaqdadırlar. Uşaqları isə təhsil almaq imkanlarından məhrum olmuşlar”.
O nece olur bizim ailede ve yaxin qohumlarda hec kes ishlemir. Oturub sayanda hele 20 nefer men saydim. Gorun o biri ailelerde neche neferdi. Yalan melumat vermekdense bir doqru cumle yazilsin.
İndi Qüdrət bəy deyin kimə inanaq rəsmi hökümət statistikasına, yoxsa Sizə? Deyə bilərsiniz bu yalan-palan analoqu olmayan inkişafla saatda 81 km gedən sürət qatarı ilə biz hara gedirik? Bizim evimizi yıxan bu yalanlar deyilmi? Necə ki sovet höküməti zamanı yalanlarla xalqın başın aldadırdılar ki o boyda hökümət dağıldı, indi bizdə vaziyyət daha pisdir.Kim yalandan höküməti tərifləyir ona medal, vəzifə və yeyib dağıtmaq üçün şərait yaradılır.Bax bu səbəbdən nə biz irəli gedə bilirik nə də Qarabağı ala bilirik. Yəqin ki Pzezdentimizə də belə yalan informasiyalar verilir.
Qüdrət m-m, bu camaatı niyə çaşdırırsınız.Statistikaya görə Naxçıvanda işsiz yoxdur, yəni işləyə bilən bütün əhali işləyirsə orada iqtisadiyyat niyə zəif olmalıdır və niyə dotasiya ayrılmalıdır.Niyə Naxçıvan əhalisi öz yurd-yuvasını tərk edib Türkiyəyə gedərək ən ağır işlərdə işləyərək çörək pulu qazanırlar? Yazırsız ki “Naxçıvanda azad iqtisadi zona yaradılarsa “Yaşamaq üçün iş yeri uğrunda mübarizə mənəvi dəyərləri deqradasiyaya uğratmaz, əhali kütləvi şəkildə Naxçıvanı tərk etməz. Naxçıvanlıların İstanbuldakı ağır həyatı barədə sosial şəbəkələrdə kifayət qədər ürək ağrıdan videoçarxlar mövcuddur. Bakıya köç etmiş naxçıvanlıların çoxu isə Bakiətrafı kəndlərdəki qeydiyyatsız gecəqondularda yaşayır”.