Menu

ABŞ rəsmi olaraq UNESCO üzvlüyündən çıxıb

31.12.2018, 10:13
ABŞ rəsmi olaraq UNESCO üzvlüyündən çıxıb

Birləşmiş Ştatların 2017-ci ilin oktyabr ayında elan etdiyi UNESCO-dan çıxmaq barədə qərarı təşkilatın nizamnaməsinə uyğun olaraq bazar ertəsi qüvvəyə minib.

“Report” TASS-a istinadla xəbər verir ki, bu gündən etibarən ABŞ UNESCO-da tam üzvlüyünü dayandırır və müşahidəçi dövlət statusuna keçir.

Bu, Vaşinqtonun faktiki olaraq daha üzvlük haqqı ödəməyəcəyi və 1972-ci il tarixli Mədəni və Təbii İrsin Qorunması Konvensiyasının müddəalarını yerinə yetirmək üçün məsul olan UNESCO-nun Dünya İrs Komitəsinə seçilə bilməyəcəyi anlamına gəlir.

ABŞ-ın beynəlxalq qurumdan çıxmasına isə Fələstin-İsrail münaqişəsi ilə bağlı yaranan fikir ayrılığı səbəb olub.

Şərhlər

hop-hopnamə 2018-12-31 10:13:50

Paxıllığa bax. Soloveyçiki seçmədilər ki, məsələni operativ həll etsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol