«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) YUNESKO-dan çıxmaq barədə qərarı bu gün qüvvəyə minib.
Bu tarixdən başlayaraq, Birləşmiş Ştatlar beynəlxalq təşkilatda özünün tamhüquqlu fəaliyyətini dayandırır və müşahidəçi dövlətə çevrilir.
Vaşinqton artıq YUNESKO-ya üzvlük haqqı ödəməyəcək və təşkilatın rəhbər orqanlarına seçilə bilməyəcək.
Məlumat üçün bildirək ki, ABŞ YUNESKO-dan çıxmaq barədə qərarı 2011-ci ildə - Fələstinin təşkilata üzv qəbul olunmasından sonra verib.


Şərhlər
KIME LAZIMDI BU TEWKILAT,LUKAWENKO CANI
"ABŞ YUNESKO-dan çıxdı. Vaşinqton artıq YUNESKO-ya üzvlük haqqı ödəməyəcək və təşkilatın rəhbər orqanlarına seçilə bilməyəcək". Daha deyin ABŞ-ın evi yıxıldı da bəə... Yazıq amerkalılar. Nağaracaqlar aaa... Zato biz YUNESKO-nun prezdenti ola bilərik. Bax analoqu olmayan inkişaf budur ey?