Menu

Paşinyan yeni il ərəfəsində cəbhə xəttinə baş çəkib

01.01.2019, 00:13
Paşinyan yeni il ərəfəsində cəbhə xəttinə baş çəkib

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Yeni il ərəfəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın və bütün ermənilərin katolikosu II Qareginin müşayiəti ilə döyüş mövqeyindəki sərhəd müdafiə bölməsinə baş çəkib.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, Paşinyan müdafiənin yeni, həmçinin yerli texniki vasitələri ilə tanış olub, xidmət şəraiti ilə maraqlanıb və dayaq məntəqəsinə baxıb.

Sonra o, fərqlənmiş əsgər və zabitləri mükafatlandırıb, onlara hədiyyələr verib və yekunda onlarla səhra bayram masası arxasında oturub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol