Menu

Rusiyada baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB

02.01.2019, 18:20
Rusiyada baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb -  YENİLƏNİB

Rusiyanın Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb. "Report"un məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

21 nəfərin taleyi isə məlum deyil.

Qeyd edək ki, evin dağıntıları altında 5 uşaq qalır.

***

Rusiyanın Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyi tərəfindən Çelyabinsk vilayətində yaradılmış operativ qərargahdan verilən məlumata görə, dağıntılar altından 11 meyit çıxarılıb. 30-dan çox insanın taleyi hələ də məlum deyil.

Qeyd edək ki, ötən il dekabrın 31-də Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb. Hadisə yerinə Rusiyanın Prezidenti Vladimir Putin baş çəkib.

Şərhlər

Abit 2019-01-02 18:20:13

Bıy ne oldu ay da

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol