Menu

Tramp bu il qazın qiymətinin azalacağına ümid edir

02.01.2019, 10:59
Tramp bu il qazın qiymətinin azalacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp 2019-cu ildə qazın qiymətinin bir qədər də aşağı düşəcəyini hesab edir.

“Report” xəbər verir ki, bu barədə Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Hazırda qazın qiyməti çox da baha deyil, amma 2019-cu ildə qiymətin daha da aşağı olacağı gözlənilir. Bu, həqiqətən də, çox yaxşı olardı”, - ABŞ Prezidenti qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol