"AzPolitika" xəbər verir ki, məşhur "TurStat" Agentliyi MDB ölkələrində quraşdırılan Yeni İl yolkalarının reytinq cədvəlini dərc edib.
Yolkaların hündürlüyü və xarici görünüşünə görə tərtib olunan cədvələ Türkmənistanın paytaxtı Aşqabadda quraşdırılan Yeni İl yolkası başçılıq edir. Onun hündürlüyü 38 metrdir. Bakıda quraşdırılan yolka Aşqabaddakından cəmi 1 metr gödək olmaqla, ikinci yerə layiq görülüb. İrəvanda quraşdırılan yolkanın da hündürlüyü 37 metr olub və o, siyahıda 3-cü yeri tutur. Daha sonra Daşkənd (35 metr), Minsk (30metr) və Düşənbə (28metr) gəlir.
Maraqlıdır ki, Rusiya paytaxtı bu siyahıda yalnız yeddincidir. Lakin Moskvada quraşdırılan və hündürlüyü 27 metr olan yolkanın əsas üstünlüyü onun təbii olmasındadır. Bu möhtəşəm ağac Moskva ətrafındakı meşələrin birindən kəsilərək, Qırmızı Meydana gətirilib.
Siyahıda sonrakı yerlərdə Astana, Bişkek və Tbilisi gəlir ki, bu şəhərlərdə quraşdırılan Yeni İl yolkalarının hər birinin hündürlüyü 25 metrdir.
Cəlal


Şərhlər
HESAB EDIREM KI,BU BIZIM BOYUK ,COX BOYUK UQURUMUZDU,LUKAWENKO CANI.BU SEVINCI BIZLERE BEXW EDEN MERIMIZE EWQ OLSUN.DUWUNUREM KI,BU ANALOQU OLMAYAN YOLKAMIZIN SAHESINDE BIR COX,LAP COX UQURLARA IMZA ATMIW OLURUQ...NECEKI,KREM;IN YOLKASINI KOLGEDE QOYMUWUQ.
Heyif,ermənilərin yolkası ilə bizimki eyni hundurlukdədir.Hər kimlə dil tapa bildiyimiz halda, bu möhtəşəm reytinqi dərc edənlərlə dil tapa bilməmişik. Heyif.Amma, baxanda yenə də böyuk ugur sayılmalıdır.