Menu

“Beşiktaş” 5 futbolçusunu göndərir

02.01.2019, 19:08
“Beşiktaş” 5 futbolçusunu göndərir

Türkiyə Superliqasında işləri yaxşı getməyən “Beşiktaş” qış fasiləsində 5 futbolçusu ilə yolları ayıracaq.

Qol.az-ın “Fanatik”ə istinadla yaydığı xəbərə görə, baş məşqçi Şenol Günəş Tolqa Zəngin, Enzo Roko, Gökhan Törə, Vaqner Lav və Cile Larinin xidmətində maraqlı olmadığını klub rəhbərliyinə bildirib.

Adiçəkilən futbolçular Antalya toplanışına aparılmayacaq.

Qeyd edək ki, Superliqada son 3 turda qələbəyə həsrət qalan İstanbul klubu 26 xalla 7-ci pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol