Menu

Hakerlər Medvedevlə Putini üz-üzə qoydu - Foto

14.08.2014, 12:22
Hakerlər Medvedevlə Putini üz-üzə qoydu - Foto

Rusiyanın baş naziri Dmitri Medvedev ölkə prezidenti Vladimir Putinin səhv siyasət apardığını bildirib.

Azvision.az-ın məlumatına görə, bu barədə “tweet” Rusiya baş nazirinin rəsmi “Twitter” səhifəsində yazılıb.

Səhifədə həmçinin, Medvedevin istefa verdiyi, onun ölkə hökuməti tərəfindən yürüdülən siyasətə görə utandığı, fotoqraf olacağı qeyd edilib.

Yeri gəlmişkən, Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti artıq baş nazirə məxsus hesabın hakerlər tərəfindən sındırıldığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol