Menu

Türkiyə vətəndaşı "Şahdağ"da hoteldə öldü

03.01.2019, 13:07
Türkiyə vətəndaşı "Şahdağ"da hoteldə öldü

Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.

Trend-in məlumatına görə, hadisə Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb.

1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu urək-damar xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol