Menu

"Qalatasaray"dan Ərəbistan klubuna

03.01.2019, 20:20
"Qalatasaray"dan Ərəbistan klubuna

“Qalatasaray”ın futbolçusu Qarri Rodriqes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi 28 yaşlı yarımmüdafiəçinin transferi üçün “Əl İttihad” klubu ilə razılığa gəlib.

Səudiyyə Ərəbistanı təmsilçisi Rodriqes üçün “Qalatasaray”a 10 milyon avro ödəyəcək. Transferin bu gün rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, kabo-verdeli futbolçu 2017-ci ildə PAOK-dan transfer edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol