Menu

26 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlandı

04.01.2019, 11:17
26 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Aşıq Qurban küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyev yanvarın 3-də gecə saat 23:50-də yaşadığı A.Qurban küçəsi, 25 saylı evin qarşısında qonşusu, 1993-cü il təvəllüdlü İntiqam İkram oğlu Mustafayev tərəfindən bıçaqlanıb.

Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol