Menu

Daha 888 nəfər ali məktəbə qəbul oldu

14.08.2014, 13:56
Daha 888 nəfər ali məktəbə qəbul oldu

Orta ixtisas təhsili müəssisələrinə isə 5629 nəfər qəbul olub

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasındanverilən məlumata görə, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 888 nəfər, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 5629 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cı sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 15-dən 28-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, qeydiyyatdan keçən zaman tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz təhsil müəssisəsindən əldə etməlisiniz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol