Menu

Hakan Şükürün atasını 15 ilədək həbs cəzası gözləyir

04.01.2019, 14:03
Hakan Şükürün atasını 15 ilədək həbs cəzası gözləyir

Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükürün atası Selmet Şükürü 15 il müddətinə qədər həbs cəzası gözləyir.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, Sakarya Prokurorluğu FETÖ-nün dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs edilən S.Şükür silahlı terror təşkilatına üzv olmaqda ittiham olunur. Onu 7 il 6 aydan 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məhkəmə prosesi fevralın 5-də başlayacaq.

Qeyd edək ki, S.Şükür 2016-cı ilin avqustunda həbs olunub. H.Şükür və ailəsi isə 2015-ci ilin dekabrında Türkiyədən ABŞ-a gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol