“Milli Şura son zamanlar artan siyasi həbslərlə bağlı etiraz aksiyaları, o cümlədən mitinqlərin keçirilməsi məsələsini müzakirə edəcək”
Bunu İnterpress.az-a MŞ-nin Koordinasiya Şurasının üzvü Namizəd Səfərov deyib. N.Səfərovun sözlərinə görə, Koordinasiya Şurasının dünən keçirilən iclasında mitinq təklifi səsləndirilib:
“Koordinasiya Şurasının yığıncağında bu təklif irəli sürülüb. Məsələ Milli Şuranın səlahiyyətinə daxildir. Yəqin ki, kütləvi aksiyalar növbəti sessiyanın gündəliyində başlıca məsələ olacaq”. MŞ-nin uzun müddətdən bəri keçirilməsi mümkün olmayan növbəti sessiyasının zamanına gəlincə, N.Səfərov “Bunu parkların birində etməli olsaq da tezliklə sessiya keçiriləcək” deyə vurğulayıb.


Şərhlər