Menu

Sən, kiminsə qohumusan deyə, biz qırılmalıyıq?! - Oqtay Şirəliyevə çağırış

05.01.2019, 16:41
Sən, kiminsə qohumusan deyə, biz qırılmalıyıq?!  - Oqtay Şirəliyevə çağırış

Bu gün sahə üzrə poliklinikaya getdim - şəkərli diabet xəstəsiyəm. Endokrinoloqun qəbulunda oldum - dərmanlarımı almaq üçün resept yazmağını istədim. Həkim utana-utana «resept blankımız qurtarıb, ayın səkkizindən sonra olacaq» dedi. Anındaca, əsəblərim tarıma çəkildi və söz çuvalımda nə qədər aşağılayıcı kəlmələr var idisə, hamısını səhiyyə nazirinin ünvanına «perevod» elədim!

Görünür, həkim zavallı xəstənin belə reaksiyasını gözləmədiyi səbəbilə, bir anlığa çaşıb qaldı. Onu «ayıltmaq» üçün erməni artist Armen Cigərxanyandan, Salyan rayonunun Zılıx kəndindəki kafedən və içib də orada «yatıb» qalan «hörmətli qonaq»dan söhbət açmalı oldum, səhiyyə nazirinin kimlərlə qohum olduğundan və bu səbəbdən də öz işində heç bir məsuliyyət hiss etmədiyindən danışmalı oldum...

Həkim utana-utana, haradansa əzilmiş bir resept blankı tapdı - oraya iki dərmanın adını yazıb mənə verdi. Əzik kağızı götürüb 3-cü mərtəbəyə endim - axı Baş həkimin katibəsi resepti «kitaba salmalı» və ona möhür vurmalı idi. Oqtay Şirəliyevin qoyduğu qaydaya görə, gərək reseptin üstüntdə azı, iki möhür olsun (biri endokrinoloqun, biri də Baş həkimin!), yoxsa onun heç bir «hüquqi qüvvəsi» olmayacaq, yəni ki, onun əsasında sənə dərman verməyəcəklər...

Resepti burada «möhürlə bəzəyəndən» sonra, dərmanları almaq üçün başqa bir poliklinikaya getməli idim. Məlumat üçün onu da bildirim ki, poliklinikalardan biri Yeni Günəşlinin lap qurtaracağında, o biri isə Qaraçuxurun girişində yerləşir. Oqtay Şirəliyevin «qayğısı» sayəsində zavallı xəstə dövlətin vəd etdiyi pulsuz dərmanları almaq üçün bu iki poliklinika arasında «təpik döyməli»dir - belədə, uca səslə deyirəm: tüpürüm sizin dərmanınıza!

Əlqərəz, gəldim Qaraçuxurdakı poliklinikaya - reseptimi əczasıya göstərdim - məlum oldu ki, dərmanlardan biri qurtarıb, gələn həftənin çərşənbə günü bəlkə gətirdilər.

Gözüm «kəlləmə çıxdı» (indi özüm də bimirəm ki, sonra kəlləmdən hara yoxa çıxıb!) - qeyri-iradi, bağırdım: Bəs, mən dərman gələnə qədər ölməliyəm?! Dərman niyə yoxdur axı?

İndi bu sualı səhiyyə nazirinə ünvanlayıram: Oqtay Şirəliyev, dərman niyə yoxdur? Sən bacarıqsız nazir, kiminsə qohumusan deyə, biz ölməliyik?! Sən nazir postuna layiq deyilsən, kreslonu boşalt - üzüsulu çıx get!

Mirzə AĞ

Şərhlər

Moshu 2019-01-05 16:41:22

Allah Üzeyir bəyə rəhmət eləsin. "O olmasın bu olsun"da Məşədi İbad qaçan "gəlinin" tunanının içini göstərib soruşur, gəlini gətirəndə baxmazlar bu arvaddır, ya kişi? Bu məmurları vəzifəyə təyin edəndə onun normal və ya anormal olduğuna fikir verirlərmi? Onları o qədər başlı başına buraxırlar ki, onlar da başlayırlar şişməyə, məmur quduranda isə onun şişini yatırdıb adam vəziyyətinə sala bilmirlər. Başlayırlar onun yığdığını əlindən almağa, buraxdığı səhvləri sadalamağa və s. və i.a. Nəticədə həyatımızın hansısa sahəsi başlayır tənəzzülə uğramağa. Həmişə qeyd edirəm, elə bil ki, hansısa gözəgörünməz qüvvə bizi itələyib dərin quyuya salır, bizi məhv etməyi qarşısına məqsəd qoyub. Məgər təkcə Oktay Şirəliyevmi səhiyyəmizin axırına çıxır? Ölkə başçısının icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmanı əlbəttə təqdirəlayiqdir. Lakin, məni düşündürən başqa bir məsələ var. Hamıya məlumdur ki, ölkə əhalisinin böyük faizi xərçəng xəstəliyindən əziyyət çəkir. Hamının imkanı da yoxdur ki, kimya terapiyasının pulunu ödəsin. Milli Onkologiya Mərkəzi belə xəstələrin axırına çıxmağı elə bil ki, qarşısına məqsəd qoyub. Bir qəpik də olsun xəstə vətəndaşlarımıza güzəştə getmirlər. Xəstə elə bu Mərkəzdə canını Milli Onkologiya Mərkəzinə tapşırır. Maraqlıdır, kiminsə qohumu olmaq əsas verirmi ki, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər) TƏBİBİN tabeliyinə verilməsin. Bu TƏBİBi də gözdən pərdə asmaq kimi qiymətləndirirəm. Bu mənim necə düşünüb düşünmədiyimdən asılı olaraq fakt faktlığında qalır

seymur 2019-01-05 16:41:22

sehiyye nazirliyini sirkeleseler Azerbaycanin 10ilik budcesi dolar cenab Prezidentin qetiyetine xalqi beletdir band otdelin yeri melum orda kimin istesen kicina iki defe mixnan vursan acib deyecek nazirin strasburq almaniyadaki evlerinden bank hesablarini Niqar bilir sorqu suala hec eytiyac qalmayacaq millionlarla dollarlari atiblar ele sertifikatlarda hekimlerden 10 medsestralardan 3m stafka qoyulub ishe duzelmek qinekoloq 50 stomatoloq 25 kolxoz bazari baki qiymetleriile hele bash hekimlerin yiqilan pulardan bashqa bunlara baxanda sual yaranir Ali insanov ne ucun turmededi

Müfəttiş 2019-01-05 16:41:22

Diabetik xəstələrə - Qlinorm və Qlukovat dərmanlarını apteklərdə axtarın...

AAgahuseyn 2019-01-05 16:41:22

Mirzə müəl.Salam toxunduğunuz mövzu aktualdır.Dövlət xəstəxanalarında rüşvət tuqyan edir.Özəl kilinkalar onlara baxanda toya getməlidir.DƏRMANLAR QONŞU İRANDAN 10-dəfə bahadır-KEYFİYƏT10PİS.Kimdir öünahkar..İRANDAN 2-MAN 50-QƏP.aldıqım dərman BAKIDA 85-AZN dir.ALLAH GÜNAHKARIN EVİNİ VİRAN QOYSUN.

Veterana 2019-01-05 16:41:22

Sən deyəsən Qulamhüseynin qohumusan. A filankəs,adam dərman almağa pul tapmır,səə quzu ətindən kababdan danışıran.Bir düşwncəli ol. Hamını özünlə ölçmə.İnsanların mağazalara bilirsən nə qədər yığılıb qalmış borcu var.İndi Azərbaycanda saf Azərbaycanlıların vəziyyəti acınacaqlı durumdadır.Nə iş var,işləyənə verilən maaş mizer,pensiya və müavinətlərdən danışmağa dəyməz.İnsanlar tibbi müayinəyə belə pulsuz gedə bilmir.Ölüm faizindən xəbərin var? Boş-boş yazılarla milləti çaşdıra bilməzsən.

Mübariz 2019-01-05 16:41:22

9sayl poliklinikada yerləşən imtiyazlı aptekdən dərmanlarımızı ala bimirik.Səhiyyə nazirliyinin qaynar xətinə zəng etsək də bir nəticəsi olmayıb.Əksinə orada işləyən erməni əsilli xanımlar daha aqressiv olub.Dərmanları satırlar.Müdir deyir gəl dərmanı götür,amma həmin iki xanım qaynar xəttə edilən zəngdən sonra daha da aqressivləşib............

Vetendasha 2019-01-05 16:41:22

Ele olmayan gostericilerine gore!! Siz hansisa yaxshi gosterici ve qabiliyyeti olan bash hekim taniyirsiniz? Tanidiginiz varsa, deyin, bizlerde bilek.

seymur 2019-01-05 16:41:22

Ay camahat bu pensioner oqtay shireliyev Mehriban xanimin qohumu adindan istifade edir xalqi mehf edir qovmaq lazimdi vessalam bunun naziyla Prezident hele cox oynayacaq? Prezidentimize teshekur edirik ki tibbi siqortani tedbiq eledi

Vətəndaşa 2019-01-05 16:41:22

Ən azından Əliyevdir)))))))))))))))

Vətəndaş 2019-01-05 16:41:22

Cənab Nazir,bilmək istəyirəm, Məcid Əliyevin hansı göstəricilərinə görə Zakatala Rayon Mərkəzi Xəstəxanasına Baş həkim vəzifəsinə təyin etmisiniz ?

helime 2019-01-05 16:41:22

Bu il sehiyye lap berbad olacaq.Chunki,xestexanalar sehiyye nazirliyin balansindan chixarilib,sigorta ise,hele tetbiq olunmayib.Shap ele bilir shupdadir,shup ele bilir shapdadir olacaq.

Yengibar 2019-01-05 16:41:22

Ay Mirzə, sən lap Ağ eləyirsən ha.Onun o biri nazirlərdən nəyi əskikdir ki? Ay müəllimi 2 alan xalqın övladı,bəs sən nə bilirdin? ...

t.ədalət 2019-01-05 16:41:22

Mirzə müəllim,Siz çox haqlı olaraq,bu gün Azərbaycanda baş verən çox ciddi məsələyə toxunmusunuz.Dediyiniz Cigərxanyan bu nazirin qızı Nora ilə dost olduğundan bəhs etmişdi.Bir kişinin qızı bizimlə müharibə aparan ölkənin tanınmış erkəyi ilə dostdusa,onda həmin kişiyə ölkə əhalisinin səhiyyəsini,görəsən, necə etibar etmək olar?Deyirlər ki,şəkər xəstələrinin yeganə müalicəxanası olan Bakı sağ.mərkəzi də xaricdə yaşayan bir kürdün adına erməniyə satılıb.Allah gerisindən qorusun!

Cavid 2019-01-05 16:41:22

Adamın milliyəti heç bəli deyil.Qızı Mockvada boynunda xaç gəzdirir.Nə olsun ki, ad familyasını vaxtında düzəltdirib pasport alıb.İndi belələrinə vəzifə verib nəzarətdən kənar saxlamaq moddur.

islam 2019-01-05 16:41:22

Men de seker xestesiyem,ancaq bele seylerle qarsilasmamaq ucun abrima qisilib dermanlari oz puluma bir teher aliram.Carem nedir ki.

aysberq 2019-01-05 16:41:22

Biz həqiqətən yazıq və bədbəxt millətik. 25-30 ildir ki, məmurlar bizi minib istədikləri kimi sürürlər. Bunların zülmündən, qılınclarından özünü və ailəsini götürüb xaricə gedənlərimizi isə "... Mirşahinlər" (sitat Cəlal əmidəndir) kimi onlara burada qara yaxırıq.
P.S. Allah M.Ə.Sabirə rəhmət etsin: Yat qala dala laylay!!

Bashirov Qarib 2019-01-05 16:41:22

Mirze muellim,Allah shefa versin.Sizin kimi hormetli yazara bele munasibet besleyirlerse, gorun biz ne zulm chekirik? Ozunuzu qoruyun, Siz bu xalqa lazimsiniz.

Həsən 2019-01-05 16:41:22

Kimin qohumudur ki? Paxıl olmayın, deyin bilək.

EJDER 2019-01-05 16:41:22

ELE BU QOHUM EQRABANIN ...DUWMUWUK.HESAB EDIREM KI,O IWIQ MUWAVIRESINDEN SONRA ...INSAN,NE ISE EIQEREZ . BUNLARDAN ADAM OLMAYIB,OLMAYAJAQDA,LUKAWENKO CANI.BU MILLETE TEZE ILDE ,YENI ANALOQU OLMAYAN,DAYANIQLI NAQILLAR ARZULAYIRAM...URA TOVARIWI.WIROKO WAQAYET AZEBIJAN

Türk 2019-01-05 16:41:22

..... Elə olmasa qızı əbədi düşmənlərimizlə yox azərilərlə oturub durar. ...

oqtay 2019-01-05 16:41:22

Bunların hansı yaxşıdır ki Yəqin sizin i.iniz azəriqaza düşməyib yəni özləri gəlib sizin kodlu sayğacı hələ oğurlamaylblar.Onlardan başqa kodu aa bilən və ona kart verən yoxdur.Özləri öz sayğaclarını yoldan oğurlayır və sənə deyir qaz istəyirsən sə get 230 manat sayğac pulu keir.Mən bilən bunun da dayısı var öz biliyi ilə gəlməyib Bir nazir ki day day la işə düzələ ondan nazır olar?

seymur 2019-01-05 16:41:22

pensioner oqtay shireliyev temir perda arxasi adiyla millionlarla muxtelif shirketler adiyla korupsiya yeyib daqidir ustelik butun xestaxanalardan dolya yiqir sehiyye cokub talanib sehiyyede ishleyenlerin hamisi korupsiya prinsipleriile idare olunur kim razi olmassa ona muxalifet damqasi vurur huquq muhafize orqanlara onlari teqib etmeye vadar edir bir sozle bu unsur butun iyrenc metodlardan istifade edir onun faliyetinden hami xeberdardi bir birine baxib bilirsende o kimin qohumudu deyirler bele hal Prezidentin nufuzuna xelel qetirir

Veteran 2019-01-05 16:41:22

Qardaw Allah sene wefa versin! Ancaq bu meselede gunahi ozunde gor. Bu ele bir xestelikdir ki, gerek ozun ozunu qoruyasan. Sen ilk novbede quzu etini tergit, bilirem heftede en azi 3 defe onun bozbawini kababini yeyirsen. Sonra qara "ikra"ni da nehre yagiyla yemeli azalt" hec olmasa heftede 1 defe ye ozu de qara corekle. Ag baligin cox yaglisindan alma. Bali ise umumiyyetle tergit gorsen hec dayana bilmirsen onda temiz mewe bali ye, onun terkibinde weker qatqisi olmur. Tak cto ozunu qoru, naziri gozleme!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol