Menu

Bakıda məktəb direktoru ürəktutmadan vəfat edib - FOTO

08.01.2019, 10:03

Bakıda məktəb direktoru ürəktutmadan vəfat edib. “Report” xəbər verir ki, paytaxtda fəaliyyət göstərən Şuşa rayon Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru Nazim Xudiyev dünyasını dəyişib.

Məktəbdən bildirilib ki, N.Xudiyev 62 yaşında evində ürəktutmadan vəfat edib.

Xatırladaq ki, o, jurnalist İlham Cəmiloğlunun böyük qardaşı idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol