İki ölkə arasında türk mallarının idxalı ilə bağlı razılıq əldə olunub
Türkiyə və Rusiya türk məhsullarının idxalının artırılmasına dair protokol imzalayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə “İtar-Tass” agentliyi Ankarada danışıqlarda iştirak edən mənbəsinə istinadən xəbər yayıb.
Mənbə bildirib ki, Türkiyə tərəfi Rusiya bazarı üçün məhsulların istehsalı ilə məşğul olacaq müəssisələrin siyahısını, onlar haqda məlumarları təqdim edib.
“Türkiyə tərəfi Rusiya bazarında hansı imkanlara malik olduğunu çox yaxşı başa düşür. Bu prosesdə onlarla türk firması iştirak edəcək”, - deyə mənbə bildirib.
Qeyd edək ki, Ukrayna münaqişəsinə görə Avropa Birliyi və ABŞ Rusiyaya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib. Rusiya isə bu sanksiyalara cavabı çox gözlətməyib.
Belə ki, rəsmi Moskva bir sıra Avropa ölkələrindən Rusiyaya məhsulların idxalını dayandırıb. Ona görə də Rusiya Azərbaycan da daxil olmaqla Türkiyədən məhsulların idxalını artırır.


Şərhlər