Menu

"Tramp əsil rasistdir" - Məşhur aktyor ABŞ prezidentini sərt tənqid edib

08.01.2019, 17:44
"Tramp əsil rasistdir" - Məşhur aktyor ABŞ prezidentini sərt tənqid edib

"Görəndə ki, Tramp kimisi prezident olur ..."

Məşhur aktyor Robert De Niro ABŞ prezidenti Donald Trampı sərt tənqid edib. "AzPolitika" xəbər verir ki, "The Guardian"a müsahibə verən aktyor onu irqçilikdə və "ağların" üstünlüyünə inanmaqda günahlandırıb.

Trampın prezident seçiləndən sonra yaxşı mənada dəyişəcəyinə ümid etdiyini deyən R. De Niro yanıldığını bildirib: "Görəndə ki, Tramp kimisi prezident olur, düşünürsən -yaxşı, baxarıq görək nə edəcək, bəlkə dəyişəcək? Ancaq o, daha da pis olub.O, əsil rasistdir. Mən hesab edirdim ki, o əslən Nyu-Yorkdan olduğu üçün bu şəhərdəki müxtəlifliyi anlayır. Ancaq yox, o mən əvvəl düşündüyüm kimi pisdir və daha da betər olub. Bu, biyabırçılıqdır."

"The Guardian" xatırladır ki, aktyorun bir neçə nigahdan 6 övladı var və onların irqləri qarışıqdır. Bununla bağlı De Niro narahatlığını gizlətməyib: "Mən narahatam. Uşaqlarımdan biri cinsi azlıqlara aiddir. O narahatdır ki, ona qarşı münasibət necə olacaq..."

Aktyor Barak Obamanın prezident seçilməsindən sonra ümidləndiyini və ABŞ-ın rasizmdən qurtulacağına inandığını, lakin yanıldığını bildirib. O, deyib ki, Tramp faşizmə doğru gedir və vaxtilə insanlar onun kimi, Hitlerə və Mussoliniyə də gülürdülər. Bunun qorxulu nəticələr verəcəyindən narahatlığını gizlətməyən aktyor getdikcə daha çox amerikalının prezidentdən nümunə götürdüyünü də qeyd edib.

Cəlal

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol